top of page

Ford Motorcraft SP‑530‑X — Ford Fusion Hybrid və digər Ford modelləri üçün zavod (OEM) alışdırma şamıdır. Bu şam (rus dilində "свеча зажигания", "sveca", ing. "spark plug") mühərrikə quraşdırılan orijinal detalın eynisidir — yəni avtomobil konveyerdən çıxanda içində məhz bu şam olub.

Elektrodda iridium istifadə olunur — bu material adi mis və ya nikel şamlara nisbətən daha uzun ömür verir, oksidləşməyə və qövs eroziyasına davamlıdır. Yan elektrodda platin altlıq var, korpus isə korroziyaya qarşı nikel örtüklüdür. Çoxqabırğalı izolyator qığılcım itkisinin (misfire) qarşısını alır.Motorcraft şamları konkret mühərrikə uyğun seçilir ki, dözümlülük artsın, misfire aradan qalxsın, yanacaq sərfi azalsın və ekoloji normalara cavab versin.

 

Uyğun gəldiyi avtomobillər:
Ford-un öz kataloq təsviri belədir: 2.0L DOHC, 2.5L hybrid, 2.5L (Flex fuel istisna), 2.3L. Yəni Fusion Hybrid-in hər iki nəslini əhatə edir — 2010‑2012 (2.5L hybrid) və 2013‑2020 (2.0L Atkinson FHEV)

Ford Motorcraft şam sveca Fusion Hybrid

120,00 ₼Fiyat
Adet
    bottom of page